“Eşq gələcək, bütün dərdlər bitəcək” deyən Yunus, eşqi təsvir etmək olarmı?
Hansı təşbehlə eşqi təsvir etməyə başlasam, hansı məfhumla izah etməyə çalışsam sözlər kifayət etmir.
Sən, eşqə müqavimət edə biləcək qədər güclüydün. Bəs mən?
Qayğısız və bir çox şeydən xəbərsiz yaşayarkən, indi məhəbbətin cazibəsinə qapılmış bir damcıyam və dəryamı axtarıram.
Kədərimi sevincə çevirmək üçün hansı kitaba baxsam da, dərdimin tərifini və şəfasını tapa bilmirəm.
Cəhalətimi bilmədən ...